Azərbaycanda boşanmalar niyə artıb?

alfonsonri
Oxunma vaxtı:40 Saniyə

“Boşanmaların sayının artması hər birimizdə narahatlıq doğurur”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, boşanmaların sayının artmasına sadələşdirilmiş boşanma prosesinə daha çox üstünlük verilməsi səbəb olur: “Bəzən bir tərəf razılıq vermir və məhkəmə barışıq üçün tərəflərə müəyyən müddət verir, lakin bu zaman bir tərəfin müraciəti əsasında da məhkəmə nikaha xitam verir. Bu zaman nə uşağın, nə qadının, nə də kişinin mənafeyi nəzərə alınır. Barışıq üçün vaxt verilməsi müddətində məhkəmələr müəyyən tədbirlər görməlidirlər. Ailələrlə iş aparılmalıdır ki, imkan varsa, boşanmanın qarşısını almaq mümkün olsun”.

B.Muradova qeyd edib ki, 2021-ci ildə 56314 nikah, 17191 boşanma olmuşdusa, 2022-ci ildə isə 61939 nikahdan 15983-ü pozulub: “Boşanmaların sayının artması hər birimizdə narahatlıq doğurur”.

Loading

Next Post

Prezident yeni səfirin etimadnaməsini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.