Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır? – Nazir AÇIQLADI

Oxunma vaxtı:36 Saniyə

“Məktəblinin dostu” layihəsinin bütün məktəblərdə olmasını arzu edirik.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin tətbiqinə dair keçirilən dəyirmi masada söyləyib.

“Artıq 8 ilə yaxındır ki, layihə həyata keçirilir. İlk növbədə, hər gün 4400-ə qədər məktəbdə milyonlarla insan üz-üzə gəlir. Ayrı-ayrı ailələrdən gələn uşaqların davranışı digər uşaqların həyatına təsir edir. 1 milyon 500 min uşaq olan mühitdə hansısa bədbəxt hadisə baş verə bilər. Sual oluna bilər ki, niyə məktəb özü etmir, “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır? Formalaşmış məktəb mədəniyyəti var. Burada problemləri kənara çıxarmamağa, o cümlədən heç Elm və Təhsil Nazirliyinə bildirməməyə və məktəb daxilində həll etməyə çalışılır. Bu tip hadisələrin həllini tapması üçün ört-basdır edilməsi yox, müzakirə edilməsi tərəfdarıyıq”, – deyə nazir bildirib.

Loading

Next Post

Respublika Pediatriya Mərkəzi yaradıldı - Sədr təyin edildi

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə görülən işlər çərçivəsində TƏBİB-in tabeliyində Respublika Pediatriya Mərkəzi yaradılıb. Bu barədə TƏBİB məlumatı yayıb. Mərkəzin yaradılmasında məqsəd bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması, uşaq əhalisinin müalicə diaqnostika prosesinin vahid mərkəzdə təkmilləşdirilməsi, yeni xidmət […]