Abituriyentlər iyulun 7-dən 20-dək bəzi sənədləri DİM-ə təqdim etməlidirlər

Oxunma vaxtı:1 Dəqiqə, 57 Saniyə

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq istəyən abituriyentlər iyulun 7-dən 20-dək sənədləri Dövlət İmtahan Mərkəzinə (Ünvan: Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) və ya onun regional bölmələrindən birinə təqdim etməlidirlər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, bu, aşağıda qeyd olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərə aiddir:

Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme);

Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education);

Yüksək yerləşdirmə (Advanced Placement).

“Abituriyentin elektron ərizəsi” nin surəti, müvafiq proqram üzrə əldə olunmuş təhsil sənədinin əslini və surətini təqdim etməlidirlər.

Abituriyentlərin beynəlxalq diplom üzrə nəticələri (qiymətlərini) elektron formada da DİM-ə təqdim olunur: “Bunun üçün onlar sənədi verən beynəlxalq qurumun rəsmi saytında öz şəxsi hesabı və ya bitirdiyi məktəbin nümayəndəsinin hesabı vasitəsilə müvafiq bölməyə DİM-in institusional kodunu (039315) daxil etməklə nəticələrinin DİM-ə göndərilməsini təmin etməlidirlər.

IB diplomu üzrə nəticələrini (qiymətlərini) təqdim edən abituriyentlər IB-nin rəsmi saytında bitirdiyi məktəbin nümayəndəsinin (Diploma Programme Coordinator) hesabı və ya öz şəxsi hesabları vasitəsilə müvafiq bölməyə DİM-in institusional kodunu (039315) daxil etməklə nəticələrinin elektron formada DİM-ə göndərilməsini təmin edə bilərlər”.

Bu abituriyentlər “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən Azərbaycan dili fənnindən ayrıca imtahan verib məqbul qiymət almış olmalıdırlar.

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul üçün minimal bal (və ya qiymət) tələbləri təhsil proqramları üzrə aşağıda təqdim olunub:

Beynəlxalq Bakalavriat Diplom Proqramı; – Ödənişli əsaslarla qəbul üçün – 25 (“Hüquqşünaslıq” və “Tibb” ixtisasları üzrə – 30) – Dövlət sifarişi əsasında qəbul üçün – 35;

Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (müvafiq üç imtahan fənni üzrə); – Ödənişli əsaslarla qəbul üçün – C – Dövlət sifarişi əsasında qəbul üçün – B;

Yüksək yerləşdirmə (müvafiq üç imtahan fənni üzrə). – Ödənişli əsaslarla qəbul üçün – 3 – Dövlət sifarişi əsasında qəbul üçün – 4.

Qeyd 1: “Müvafiq üç imtahan fənni” dedikdə I ixtisas qrupu üzrə riyaziyyat, fizika və kimya fənləri, II ixtisas qrupu üzrə riyaziyyat, coğrafiya və tarix fənləri, III ixtisas qrupu (DT altqrupu) üzrə Azərbaycan dili və ya rus dili, tarix və ədəbiyyat fənləri, III ixtisas qrupu (TC altqrupu) üzrə Azərbaycan dili və ya rus dili, tarix və coğrafiya fənləri, IV ixtisas qrupu üzrə isə biologiya, kimya və fizika fənləri nəzərdə tutulur.

Qeyd 2: Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq üçün sənədlərini təqdim edən abituriyent DİM tərəfindən elan olunacaq müddətdə şəxsən DİM-ə və ya onun regional bölmələrinə müraciət edərək qəbul olmaq istədiyi ixtisasın kodunu yazılı şəkildə bildirməlidir.

Loading

Next Post

"Sabah" UEFA Çempionlar Liqasında bu gün ilk oyununa çıxacaq

“Sabah” UEFA Çempionlar Liqasında bu gün ilk oyununa çıxacaq.Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS komandasını qəbul edəcək. Matç Masazırdakı “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi polşalı Patrik Qriskieviç olacaq. Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 14-də Uelsdə […]