Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Oxunma vaxtı:29 Saniyə

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına 14 iyun tarixində keçirilmiş qəbul imtahanının (II cəhd, təkrar) yekun nəticələrini elan edib.

Bu barədə DİM məlumat yayıb.

Bakalavrlar yekun imtahan balı ilə buradan tanış ola bilərlər. Yekun nəticələr haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.

Qeyd edilib ki, apellyasiya komissiyasına müraciət etmək istəyənlər 6 iyul saat 10:00-dan 8 iyul saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Loading

Next Post

Ukrayna bir həftə ərzində ikinci dəfə Krımdakı "Saki" aerodromuna zərbə endirib

Ukrayna Təhlükəsizlik Xidməti işğal altındakı Krımda yerləşən Rusiyanın “Saki” və “Qvardeyskoye” hərbi aerodromlarına bir həftə ərzində ikinci dəfə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirildiyini açıqlayıb. Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb. Ukrayna xüsusi xidmət orqanının məlumatına görə, “Saki” aerodromunda yeddi anqara zərbə endirilib. Anqarlarda “Su-30SM”, “Su-30” […]