Şagirdlərin elektron yerdəyişməsi başlayıb

Oxunma vaxtı:24 Saniyə

2025-2026-ci tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi başlayıb.

Yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, 1-10-cu sinifləri əhatə edir.

Yerdəyişmə www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.

Qeyd edək ki, bu gündən 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 9-cu sinif üzrə yerdəyişmə prosesi martın 5-i saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.

Loading

Next Post

Fuat Oktay: Xocalı kimi qətliamları heç vaxt unutmamalıyıq

Sabah Xocalı faciəsinin növbəti ildönümüdür, bu kimi qətliamları heç vaxt unutmaq olmaz. Bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, vaxtilə türklərə qarşı qətliamlar törədənlərin sonradan dünyada “türklər qətliam törədib” deyə təbliğat aparmaları və bununla bağlı müxtəlif ölkələrin parlamentlərində qərarlar […]