Fuat Oktay: Xocalı kimi qətliamları heç vaxt unutmamalıyıq

Oxunma vaxtı:30 Saniyə

Sabah Xocalı faciəsinin növbəti ildönümüdür, bu kimi qətliamları heç vaxt unutmaq olmaz.

Bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, vaxtilə türklərə qarşı qətliamlar törədənlərin sonradan dünyada “türklər qətliam törədib” deyə təbliğat aparmaları və bununla bağlı müxtəlif ölkələrin parlamentlərində qərarlar qəbul etdirmələri qəbuledilən hal deyil:

“Təəssüf ki, bəzi ölkələr, xüsusilə, Fransa bu məsələdə ön sırada yer alıb. Bu da Qərbdə bir çox ölkələrin gördüyü və bizim təəssüf hissi ilə xatırladığımız məsələlərdəndir”.

F.Oktay onu da əlavə edib ki, hazırda Ermənistan daha fərqli mövqe nümayiş etdirir: “Bu isə sevindirici haldır”.

Loading

Next Post

İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndində görülmüş işlərlə tanış olublar. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.