Azərbaycan nefti ucuzlaşıb

Oxunma vaxtı:43 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,33 ABŞ dolları, yaxud 0,42 % azalaraq 78,38 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 77,39 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,29 ABŞ dolları və ya 0,38% azalaraq 76,62 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Loading

Next Post

Naxçıvanın bəzi yerlərində su kəsiləcək

Naxçıvan şəhərinin bəzi yerlərində içməli suyun verilişində fasilə yaranacaq. Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsi, Babək, Əlincə, 6-cı məhəllə, o cümlədən Hacıniyyət kəndini içməli su ilə təmin edən magistral xətdə baş verən qəza ilə bağlı suyun verilməsində fasilə yaranacaq. Qeyd edilib ki, işlərin bu gün ərzində yekunlaşdırılacağı planlaşdırılır. Təmir işləri bitdikdən […]