Müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar bu tarixdə ödəniləcək

alfonsonri
Oxunma vaxtı:21 Saniyə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Ramazan bayramı ilə əlaqədar aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının da qrafikdən əvvəl olmaqla bayram ərəfəsində ödənilməsi nəzərdə tutulur.

Nazirlikdən verilən məlumata görə, həmin ödənişlərin aprelin 20-də həyata keçirilməsi planlaşdırılır.

Bu məqsədlə DSMF müvafiq maliyyələşdirmənin təmin edilməsi istiqamətində hazırlıq işləri aparır.

Aprel ayının bütün ölkə üzrə pensiya ödənişləri isə ötən həftə yekunlaşıb.

Loading

Next Post

İrəvandakı hərbçilərimiz ailələrinə məktub göndərib

“Aprelin 19-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri bu yaxınlarda saxlanılan iki Azərbaycan vətəndaşına İrəvanda baş çəkiblər”. Bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. İ.Hüseynovanın sözlərinə görə, onlarla təkbətək görüş keçirilib: “Ailələri ilə Qızıl Xaç məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib”. “Mandatına uyğun olaraq, […]