İyunun 8-i keçiriləcək qəbul imtahanında indiyə qədər 28 mindən çox abituriyent qeydiyyatdan keçib

Oxunma vaxtı:49 Saniyə

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat prosesi 2026-cı il iyunun 8-dək aparılacaq.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər.

5 iyun saat 09:15-ə olan məlumata əsasən I ixtisas qrupu üzrə 6131, II ixtisas qrupu üzrə 9245, III ixtisas qrupu üzrə 10733, IV istisas qrupu üzrə 1598 olmaqla, ümumilikdə isə 27707 abituriyent qeydiyyatdan keçib.

İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdi II və III ixtisas qrupları üzrə iyulun 5-də, I və IV qruplar üzrə isə iyulun 12-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyulun 12-də keçiriləcək.

Loading

Next Post

Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib

Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandasını təbik edib.Bununla bağlı dövlət başçısının sosial şəbəkə hesablarında paylaşım edilib. “2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda […]