Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib

Oxunma vaxtı:23 Saniyə

Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandasını təbik edib.

Bununla bağlı dövlət başçısının sosial şəbəkə hesablarında paylaşım edilib.

“2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir.

Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram”, – paylaşımda qeyd olunub.

Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib

Loading

Next Post

Kiyevdə poçt terminalında bağlama partlayıb, ölən və yaralananlar var

İyunun 5-i səhər saatlarında Kiyevin Obolon rayonunda yerləşən poçt operatorunun çeşidləmə mərkəzində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, iki nəfər yaralanıb. Bu barədə “RBK-Ukraine” Kiyev polisinə istinadən məlumat yayıb. İlkin məlumata görə, partlayış bağlamalardan birinə baxış keçirilərkən baş verib.