Neft Daşları yaxınlığında balıqçı dənizdə batıb, axtarışa helikopter cəlb olunub – VİDEO

Oxunma vaxtı:22 Saniyə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Neft Daşlarının yaxınlığında bir nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb.

Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmaqla dənizdə batdığı ehtimal olunan Osmanov Rahim Ramiz oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Loading

Next Post

Sahibə Qafarova Türkiyəyə səfər edib, PAİ Assambleyasında iştirak edəcək

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyasında və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə işgüzar səfər edib.Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.İstanbul Atatürk Beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbul […]