Sahibə Qafarova Türkiyəyə səfər edib, PAİ Assambleyasında iştirak edəcək

Oxunma vaxtı:25 Saniyə

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyasında və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə işgüzar səfər edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
İstanbul Atatürk Beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbul şəhərindəki baş konsulu Nərminə Mustafayeva və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Sahibə Qafarova Türkiyəyə səfər edib, PAİ Assambleyasında iştirak edəcək

Loading

Next Post

Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub

Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub. Cəbrayıl Eldar oğlu Xanlarov və daxili xidmət general-mayoru Yusif Mahmud oğlu Nəbiyev Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavinləri təyin ediliblər. Qeyd edək ki, Cəbrayıl Eldar oğlu Xanlarov 03.11.1972-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, iqtisad elmləri namizədidir. Yusif […]