Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub

Oxunma vaxtı:22 Saniyə

Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub.

Cəbrayıl Eldar oğlu Xanlarov və daxili xidmət general-mayoru Yusif Mahmud oğlu Nəbiyev Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavinləri təyin ediliblər.

Qeyd edək ki, Cəbrayıl Eldar oğlu Xanlarov 03.11.1972-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, iqtisad elmləri namizədidir.

Yusif Mahmud oğlu Nəbiyev 18.09.1982-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq üzrə fəlsəfə doktorudur.

Loading

Next Post

Bəqai: İranlılar Azərbaycanın dəstəyini xatırlayacaq

İran xalqı göstərdiyi həmrəyliyə görə azərbaycanlılara təşəkkür edib. Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai “X” sosial şəbəkə hesabında yazıb. “Müsəlman ölkələri və bütün regionda, eləcə də dünyada vicdanlı, ədalət axtaran insanlar tərəfindən İran xalqının ABŞ-İsrail təcavüzünə qarşı müqavimətinə dəstək olaraq nümayiş etdirilən misilsiz həmrəylik dərindən təqdir […]