Hövsan qəsəbəsinin mərkəzi hissəsində işıq olmayacaq

Oxunma vaxtı:26 Saniyə

Suraxanıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Hövsan qəsəbəsində 6 kV-luq hava xətdində təmir işlərinin aparılması ilə əlaqədar martın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək qəsəbənin mərkəzi hissəsində, eləcə də Oqtay Şabanov və Elçin Məmmədov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Loading

Next Post

Leyla Əliyeva Göygöldən maraqlı video paylaşdı

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Göygölə gedib. Bu barədə o, instaqram hesabında video paylaşıb. Həmin paylaşımı təqdim edirik: