Bakıda kəskin hava şəraiti ilə bağlı – VACİB MÜRACİƏT

alfonsonri
Oxunma vaxtı:42 Saniyə

“Bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, yollarda meydana gələ biləcək müxtəlif xoşagəlməz halların qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün son dərəcədə ehtiyatlı və diqqətli olmağı tövsiyyə edirik”.

Bu sözləri Dogrusoztv.az a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib.

O, əlavə edib ki, sürücülər küləkli havada yolun kənarları qapalı olan hissəsi və tunellərdən açıq əraziyə çıxarkən avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmək ehtimalının yüksək olması nəzərə alınaraq meteroloji şəraitə uyğun sürət həcmi seçməlidir:

“Eləcə də nəqliyyat vasitələrini parklayarkən tikinti işləri aparılan yerlərin, ağacların, iri həcmli reklam lövhələrinin, o cümlədən küləyin təsiri nəticəsində aşma və ya qopma ehtimalı olan digər əşyaların yaxınlığında və altında saxlamamalıdır.

Həmçinin piyadalar da yolun hərəkət hissəsinə çıxmamaqla yollar və küçələrin yalnız müəyyən edilmiş yerlərindən keçsinlər və yeni tikili, çoxmətəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər”.

Loading

Next Post

Ömər Eldarova “Əmək” ordeni təqdim olundu - Fotolar

Xalq rəssamı, heykəltəraş Ömər Eldarova 1-ci dərəcəli “Əmək” ordeni təqdim edilib. Dogrusoztv.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ömər Eldarov 2022-ci il dekabrın 20-də 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdi. Xalq rəssamı ilə Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Azərbaycan […]