Güllələnən müəllim yüksək nəticələr göstəribmiş – Foto

Oxunma vaxtı:25 Saniyə

Bu gün Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən müəllimin kimliyi məlum olub.

Odlu silahdan açılan atəş nəticəsində yaralanan 1997-ci il təvəllüdlü Şəhla Fəqani qızı Kamilova Bakı Dövlət Universitetinin məzunudur.

O, 2014-cü ildə Xətai rayonunda yerləşən 260 saylı məktəbi yüksək nəticələrlə bitirib. Ş.Kamilova həmin il universitetə daxil olub və kompyüter elmləri ixtisası üzrə ali təhsil alıb.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş - Foto

Loading

Next Post

Bakı və İrəvan qarşılıqlı tədarük üçün malların siyahısını mübadilə edib

Ermənistan və Azərbaycan malların siyahısının mübadiləsini həyata keçirib, iş adamlarından cavab gözlənilir. Bunu ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan brifinqdə bildirib. Nazir xatırladıb ki, Azərbaycan istehsalı olan benzin və dizel yanacağı artıq Ermənistan bazarında mövcuddur, lakin Azərbaycan bazarında Ermənistan malları yoxdur. “Tərəflər qarşılıqlı tədarük üçün mal siyahılarını mübadilə və müzakirə ediblər. […]