Bakıda atışma – 3 nəfər güllələndi

alfonsonri
Oxunma vaxtı:33 Saniyə

Bakıda atışma olub.

Dogrusoztv.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb.

Silahlı insidentlə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Nəsimi rayonu ərazisində 3 nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub: “Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıdakı atışma ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

Əlavə məlumat veriləcək.

Loading

Next Post

<strong>2050-ci ilə kimi su ehtiyatlarımız 15-20 faiz azalacaq - RƏSMİ</strong>

“Su ehtiyatlarımız azdır, proqnozlarımız o qədər də sakitləşdirici deyil. Son illər su ehtiyatlarımız azalmağa doğru gedir”. Bunu ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov  deyib. O qeyd edib ki, 2050-ci ildə su ehtiyatlarımızın 15-20 faiz azalacağı gözlənilir.