Türkiyə Azərbaycanla bir sıra sazişləri təsdiqləyib

alfonsonri
Oxunma vaxtı:32 Saniyə

Türkiyə Azərbaycanla bir sıra sazişləri təsdiqləyib.

Bu barədə “Report” “Rəsmi qəzet”ə istinadən xəbər verir.

Türkiyə Respublikası Azərbaycan Respublikası ilə toxumçuluq sahəsində əməkdaşlıq haqqında Sazişi təsqiqləyib.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş” 2022-ci il noyabrın 4-də Bakı şəhərində imzalanıb və 16 dekabr 2022-ci ildə təsdiqlənib.

Türkiyə həmçinin Azərbaycan ilə bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib.

Eyni zamanda Türkiyə Azərbaycanla gənclər və idman sahələrində əməkdaşlıq haqqında sazişi təsdiqləyib. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında saziş 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanıb.

Loading

Next Post

Rusiyada 100-ə yaxın bina yandı, ölən var

Rusiyanın Sverdlovsk vilayətinin Sosva kəndində baş vermiş yanğın nəticəsində 92 binaya ziyan dəyib. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi “Telegram” kanalında məlumat yayıb. Qeyd olunub ki, yanğın zamanı bir nəfərin meyiti tapılıb. Qeyd olunur ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin helikopteri də daxil olmaqla 120 nəfəri və 33 texnikası cəlb […]