Rusiyada 100-ə yaxın bina yandı, ölən var

alfonsonri
Oxunma vaxtı:19 Saniyə

Rusiyanın Sverdlovsk vilayətinin Sosva kəndində baş vermiş yanğın nəticəsində 92 binaya ziyan dəyib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi “Telegram” kanalında məlumat yayıb.

Qeyd olunub ki, yanğın zamanı bir nəfərin meyiti tapılıb.

Qeyd olunur ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin helikopteri də daxil olmaqla 120 nəfəri və 33 texnikası cəlb olunub.

İdarədən verilən məlumata görə, quru otların çox olması səbəbindən yanğın genişlənməkdə davam edir.

Loading

Next Post

Bayram günü baş verən dəhşətli qəzanın - Videosu

Aprelin 24-də Qara Qarayev prospektində piyadanın ölümü ilə nəticələnən qəzanın videosu yayılıb. Görüntüləri Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev feysbuk hesabında paylaşıb. Reklamınızı SmartBee ilə effektiv edin. Həmin videonu təqdim edirik: