Bu istiqamətlərdə mövqelərimiz atəşə tutuldu

alfonsonri
Oxunma vaxtı:31 Saniyə

İyunun 28-i saat 22:35-dən 23:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Vedi rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və İstisu, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb..

Bundan başqa, iyunun 28-i saat 23:55-dən iyunun 29-u saat 00:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Loading

Next Post

Fransadakı iğtişaşlarda saxlanılanların sayı AÇIQLANDI

Yeniyetmənin polis tərəfindən öldürülməsinə görə bu gecə Parisdə baş verən iğtişaşlar zamanı 80 nəfər saxlanılıb. Bu barədə Paris polisinə istinadən “Le Figaro” qəzeti məlumat yayıb. İğtişaşçılar Pablo Pikassonun muzeyinə, Sena çayının cənub sahilində yerləşən polis bölməsinə və iş yerlərinə soxulmağa cəhd ediblər. Etiraz aksiyaları paytaxtla yanaşı bir neçə böyük şəhərdə […]