Azərbaycan bu məşhur veriliş bağlandı

Oxunma vaxtı:39 Saniyə

Speys TV-nin rəhbərliyi aparıcı Amil Xəlilin aparıcısı və müəllifi olduğu “Gəl danış” sosial-kriminal verilişini bağlayıb.

Bu barədə aparıcının özü sosial şəbəkədə məlumat yayıb.

“Dostlar bu mövsümdən etibarən “Gəl, danış” sosial-kriminal layihəmiz yayımlanmayacaq. 9 il ərzində şou etmədim, mövzuları teleseriala çevirmədim. Bacardığım qədər üz tutan insanların sosial şəbəkələrdə yox, efirdə məsələsini həll etdim. Bir sözlə 9 ildə çox işlər gördük, rəsmi qrumlarla bərabər çalışdım. Mən müəmmalı ölüm hadisələrini jurnalist olaraq araşdıranda, hələ o mənəm-mənəm deyən aparıcılar “cuq-cuq” mövzularını yayımlayırdı. Bir sözlə qərara hörmətlə yanaşıb, yayımı dayandırdıq. Rəhbərimiz “Əgər millət narazıdırsa, biz etməyək” qərarını verdi. Bu mövsüm Speys TV çox möhtəşəm və dəyərli layihələrlə görüşünüzə gəlir. Sizlər də sözünüzün üstündə durun. Sizə hörmət edənlərə qiymət verin. Sizin narazılığınıza hörmətlə yanaşan rəhbəri, jurnalisti üstün tutun”, – aparıcı bildirib.

Loading

Next Post

Paralimpiadadan sonra iki idmançı itkin düşüb

Konqo Respublikasından olan iki idmançı Fransada keçirilmiş Paris-2024 Yay Paralimpiya Oyunlarından sonra itkin düşüb. Bu barədə “Le Parisien” nəşri məlumat yayıb. Bildirilir ki, yarışdan sonra nizə atıcısı Mirey Nqanqa, atlet Qreys Muambako və bələdçi komandanın olduğu yerə qayıtmayıblar. Sentyabrın 5-dən sonra onlarla əlaqə saxlamaq mümkün olmayıb. Atletləri son olaraq paralimpiya […]