Paralimpiadadan sonra iki idmançı itkin düşüb

Oxunma vaxtı:23 Saniyə

Konqo Respublikasından olan iki idmançı Fransada keçirilmiş Paris-2024 Yay Paralimpiya Oyunlarından sonra itkin düşüb.

Bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

Bildirilir ki, yarışdan sonra nizə atıcısı Mirey Nqanqa, atlet Qreys Muambako və bələdçi komandanın olduğu yerə qayıtmayıblar. Sentyabrın 5-dən sonra onlarla əlaqə saxlamaq mümkün olmayıb. Atletləri son olaraq paralimpiya kəndində görüblər.

Yerli prokurorluq idmançıların itkin düşməsi ilə bağlı araşdırma aparır. Onların bilərəkdən qaçdıqları ehtimal edilir.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatıb.

Loading

Next Post

Paşinyan: Bakı ilə sülh sazişində 13 maddə və ön söz razılaşdırılıb

Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsində 13 maddə və ön söz tam razılaşdırılıb. “Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.