“Gürcüstan Dəmir Yolları” sərnişin reyslərini ləğv edib

Oxunma vaxtı:20 Saniyə

“Gürcüstan Dəmir Yolları” əlverişsiz hava şəraiti ilə əlaqədar bu gün sərnişin reyslərinin bir çoxunu ləğv edib.

Bu barədə “Gürcüstan Dəmir Yolları”nın məlumatında bildirilib.

Rikoti aşırımındakı dəmir yolu hissəsində problemlər yaranıb. Güclü qar və külək səbəbindən həmin əraziyə elektrik enerjisi verilmir.

Həm Şərqi Gürcüstandan Qərbi Gürcüstana, həm də əks istiqamətdə reyslər ləğv edilib.

Sinoptiklərin proqnozlarına görə, Gürcüstanda əlverişsiz hava şəraiti bazar gününə qədər davam edəcək.

Loading

Next Post

MSK: Gürcüstanda prezident seçkiləri baş tutub - YENİLƏNİB

Gürcüstanda prezident seçkiləri baş tutub, belə ki, səsvermədə seçicilərin yarısından çoxu iştirak edib. “Report” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natiya İoseliani brifinqdə bildirib. “Saat 11:30-a seçicilər kollegiyasının 170 üzvü artıq prosesdə iştirak edib. Seçkilər baş tutub, çünki seçicilər kollegiyasının tam tərkibinin […]