Parlament Rusiya və Özbəkistanla sazişləri təsdiqlədi

Oxunma vaxtı:21 Saniyə

Milli Məclis Rusiya və Özbəkistanla əməkdaşlıq haqqında saziş və müqaviləni ratifikasiya edib.

Bununla bağlı layihələr Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub.

İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiqi haqqında qanun layihələri müzakirəyə çıxarılıb.

Hər iki layihə səsə qoyularaq, bir oxunuşda təsdiqlənib.

Loading

Next Post

Ərdoğandan anons: Gömmək vaxtı çatdı!

Bu gün cümhuriyyətimizin yeni əsrinin ilk ildönümünü qeyd etməyin xoşbəxtliyini və haqlı qürurunu yaşayırıq. Minillik dövlətlər silsiləməzin son və əbədi halqası – cümhuriyyətimizin banisi Qazi Mustafa Kamal Atatürk başda olmaqla, qurucuları şükranla yad edirəm. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümhuriyyətin 101-ci ildönümü ilə bağlı mesajında bildirib. O, TUSAŞ-a edilən […]