Hicablı müəllimlər müsahibədən kənarlaşdırılıb? – Açıqlama

Oxunma vaxtı:23 Saniyə

Sosial şəbəkələrdə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən bəzi hicablı müəllimlərin müsahibə mərhələsindən kənarlaşdırılmasına dair yayılmış iddialara aydınlıq gətirilib.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.  

O, iddiaları əsassız adlandırıb: “Müsabiqə müddətində heç bir dini və ya cinsi ayrıseçkilik edilmir. Bu cür iddialar bütün MİQ üzrə müsahibələrdən sonra olur. Narazılıqlar həmişə var və olacaq. Biz dini, cinsi ayrıseçkiliyə qarşıyıq”.

Loading

Next Post

İlham Əliyevlə Putin arasında telefon danışığı oldu

Azərbaycan və Rusiya liderləri İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.  Onlar Rusiya liderinin avqustun 18-19-da Bakıya etdiyi dövlət səfərinin nəticələrindən məmnun qaldıqlarını bildiriblər. Prezidentlər qeyd ediblər ki, danışıqlar zamanı əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi Rusiya-Azərbaycan müttəfiqlik və tərəfdaşlıq münasibətlərinin […]