Xalq şairi Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordeni təqdim edilib

Oxunma vaxtı:48 Saniyə

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev dövlət başçısının tapşırığına uyğun olaraq, mədəniyyətin inkişafında müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilmiş Xalq şairi Nəriman Həsənzadəni evində ziyarət edib və ali mükafatı ona təqdim edib.

Samir Nuriyev 95 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın salamlarını və səmimi təbriklərini Nəriman Həsənzadəyə çatdırıb.

Görüş zamanı Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatına verdiyi töhfələr, milli-mənəvi dəyərlərin təbliği istiqamətində uzun illər ərzində göstərdiyi xidmətlər xüsusi vurğulanıb. Bildirilib ki, onun çoxşaxəli yaradıcılığı və ictimai fəaliyyəti Azərbaycan ədəbiyyatının, mədəniyyətinin zənginləşməsinə mühüm töhfə verib, gənc nəsillərin vətənpərvərlik ruhunda formalaşmasında əhəmiyyətli rol oynayıb.

Xalq şairi göstərilən yüksək diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib, milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanmasına, mədəniyyət, incəsənət və digər sahələrin inkişafında xidməti olan şəxslərə dövlət dəstəyini yüksək qiymətləndirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin fevralın 18-də imzaladığı sərəncamla Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Loading

Next Post

Cəlilabadda itkin düşən 26 yaşlı qadın axtarılır

Cəlilabadda itkin düşmüş hesab edilən qadın axtarılır. APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayon sakini 26 yaşlı Mətanət Hüseynova fevralın 9-da rayonun Sərhədabad kəndində yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb. Onun barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin (+994)55-248-17-33 mobil nömrəsinə zəng edərək […]