Anar Rzayev: “Bu il yeni metro stansiyası istifadəyə veriləcək”

Oxunma vaxtı:51 Saniyə


Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək.

Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.

Onun sözlərinə görə, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, uzun illərdən sonra “Dərnəgül” elektrik deposunun inşası davam etdirilib: “28 May” stansiyası ərazisində xətlərin ayrılması layihəsinin əsas tərkib hissəsi olan iki nöqtədə şaxtaların qazıntısına başlanılıb. Eyni zamanda, “İçərişəhər” stansiyasından sonra dönmə kamerasının inşası üçün ərazidə aidiyyəti qurumlarla kommunikasiyalar dəqiqləşdirilərək sahə tikinti işlərinə hazır vəziyyətə gətirilib. “Həzi Aslanov” stansiyasının dalan yolunda isə yenidənqurma işləri növbəti mərhələyə çatdırılıb”.

O qeyd edib ki, Dövlət Proqramı çərçivəsində 10 yeni stansiyanın tikintisi Bakı metrosu tarixində qısa müddətdə reallaşdırılacaq ən böyük genişlənmə mərhələlərindən biri olacaq: “Bu stansiyalardan birinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur və ötən ildə B4 layihə adlı stansiyada təmir və tikinti işləri sürətlə davam etdirilib”.

Loading

Next Post

Azərbaycanda uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişdirilir

Azərbaycanda uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişdirilir. Bu məsələ yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsində əks olunub. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, hər bir uşaq doğulduqdan sonra onun doğumu Ailə Məcəlləsinə uyğun olaraq qeydiyyata alınır və o, “Azərbaycan Respublikasının […]