Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

Oxunma vaxtı:27 Saniyə

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdədir.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Cenevrə Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, BMT-nin Cenevrə bölməsində və digər beynəlxalq təşkilatlar yanında Azərbaycanın daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarova Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında iştirak edəcək, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, digər rəsmi şəxslərlə görüşlər keçirəcək.

Həmçinin Azərbaycan parlamenti spikerinin Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında çıxışı gözlənilir.

Loading

Next Post

Fətullah Gülən uzun müddət sonra görüntüləndi - Fotolar

FETÖ terror təşkilatının lideri Fətullah Gülən uzun zamandan sonra görüntülənib.Anadolu Agentliyi onun 1999-cu ildən bəri yaşadığı Pensilvaniya ştatındakı yeni evindən çıxarkən dronlar vasitəsilə çəkilmiş görüntülərini yayıb. Qara rəngli “Mercedes”in ön sərnişin oturacağında əyləşən Gülən kameralara tuş gəlib. İki lüks avtomobil naməlum istiqamətə doğru hərəkət edərək onu ərazidən uzaqlaşdırıb. Qeyd edək […]