Müdafiə naziri Türkiyəyə səfər edib

Oxunma vaxtı:18 Saniyə

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün dekabrın 20-də Türkiyəyə səfər edib.

Bu barədə BiG.AZ-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçiriləcək görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılacaq.

Loading

Next Post

Şuşa, Kəlbəcər və Laçının havası açıqlanıb

Şuşa, Kəlbəcər və Laçının havası açqıalnıb Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, hazırda Şuşa şəhərində havanın temperaturu 3 dərəcəyədək şaxta təşkil edir, qarın hündürlüyü isə 5 sm-dəkdir. Dekabrın 21-də Şuşa, Kəlbəcər və Laçında gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Qərb küləyinin sürəti 3-8 m/s olacaq. […]