Şuşa, Kəlbəcər və Laçının havası açıqlanıb

Oxunma vaxtı:30 Saniyə

Şuşa, Kəlbəcər və Laçının havası açqıalnıb

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, hazırda Şuşa şəhərində havanın temperaturu 3 dərəcəyədək şaxta təşkil edir, qarın hündürlüyü isə 5 sm-dəkdir.

Dekabrın 21-də Şuşa, Kəlbəcər və Laçında gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Qərb küləyinin sürəti 3-8 m/s olacaq. Havanın temperaturu gündüz 4 dərəcəyədək, axşam 8 dərəcəyədək şaxta təşkil edəcək.

Dekabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Loading

Next Post

“Dünyanın Xankəndi-Şuşa yolunda keçirilən etirazları görməməsi böyük ədalətsizlikdir” - RƏY

“Azərbaycan vətəndaşlarının haqlı aksiyaları günlərdir davam edir. Vətəndaşlarımız ekologiyamıza qarşı törədilən vandalizm aktını əsla qəbul edə bilməzlər. Ümumilikdə isə dünyada qlobal istiləşmənin müzakirə olduğu bir vaxtda təbii sərvətlərimizin qanunsuz istismarı yolverilməzdir”. Bunu “Report”a müsahibəsində Xankəndi-Laçın yolunda keçirilən aksiyanı müşahidə edən politoloq Tural İsmayılov söyləyib. O qeyd edib ki, Azərbaycanın müvafiq dövlət […]