Türkiyə XİN: Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumunu məmnuniyyətlə qarşılayırıq

Oxunma vaxtı:24 Saniyə

Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasını məmnuniyyətlə qarşılayırıq.

Doğrusöztv.Az-ın məlumatına görə, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında əksini tapıb.

Açıqlama belə davam edir: “Bu anlaşmanın iki ölkənin dostluğunu gücləndirməsini, dost və qardaş Azərbaycan və Türkmənistan xalqlarına xeyirli olmasını və bölgənin rifahı və sabitliyinə güc gətirməsini istəyirik. Bu anlaşmanın Türkiyə ilə Avropanın qalan hissələrinin enerji təhlükəsizliyini artıracaq layihələrin də önünü açmasını arzu edirik” .

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ali məktəblərdə təhsil nə zaman bərpa olunacaq? - Nazirdən AÇIQLAMA

1 fevral tarixindən ibtidai təhsil mərhələli şəkildə bərpa edilir. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən birifinqdə deyib. Onun sözlərinə görə, növbəti 2 həftə ərzində (1 fevraldan sonra) Ali Təhsil Müəssisələrinin və 5-9-cu siniflərdə təhsil bərpa edilə bilər: “Əsas vəzifəmiz tələsik açılışa gedib və tələsik bağlanışa […]