Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq – PROQNOZ

Oxunma vaxtı:35 Saniyə

Sentybarın 3-də Azərbaycanda Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 20-24, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 30-35 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq

Loading

Next Post

İlham Əliyev Çinin Tiencin şəhərindən qatarla paytaxt Pekinə səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Çinin Tiencin şəhərindən qatarla paytaxt Pekinə gəliblər. Dövlət başçısı və birinci xanım Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər.