Həftəsonu Avropa futbolunun ən maraqlı qarşılaşmaları – AFİŞA

alfonsonri
Oxunma vaxtı:1 Dəqiqə, 56 Saniyə

Həftəsonu Avropanın yaşıl meydanlarında bir sıra maraqlı qarşılaşmalar keçiriləcək.

İngiltərə Premyer Liqasında turun açılış matçında son oyunda “Mançester Yunayted”ə yeddi cavabsız qolla qalib gələn “Liverpul” autsayder “Bornmut”un qonağı olacaq. Görüş Bakı vaxtı ilə 16:30-da start götürəcək.

Çempionlar Liqasında mərhələ keçən “Çelsi” “Lester”in qonağı olacaq, Avropa çıxışını başa vuran “Tottenhem” isə “Nottingem”i qonaq edəcək. Çempionluq mübarizəsini davam etdirən “Mançester Siti” “Kristal Pelas” səfərinə yollanacaq.

Vahid lider “Arsenal” “Fulhem”in qonağı olacaq. London komandalarının oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə 18:00-da start götürəcək. Eyni gündə, eyni saatda “Mançester Yunayted” “Sauthempton”la oyunda “Liverpul” faciəsini unutdurmağa çalışacaq.

Almaniya Bundesliqasında şərikli liderlər – “Bayern” və “Borussiya” bu gün meydana çıxacaqlar. Münhen klubu öz meydanında “Auqsburq”u sınağa çəkəcəksə, dormundlular Gelzenkirxendə “Şalke”nin qonağı olacaqlar. “Bayern”in oyunu Bakı vaxtı ilə 18:00-da, “Borussiya”nın matçı 21:30-da başlayacaq.

İtaliya A Seriyasında lider “Napoli”ni çətin duel gözləyir. Ötən tur “Latsio”ya uduzan Luçano Spalettinin komandası evdə “Atalanta” ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu gün keçiriləcək matç Bakı vaxtı ilə 21:00-da başlayacaq.

“Yuventus” və “Roma” sabah meydana çıxacaqlar. Paytaxt təmsilçisi “Sassuolo”nu, Turin klubu “Sampdoriya”nı sınağa çəkəcək. Son çempion “Milan” isə bazar ertəsi meydana çıxacaq. “Salernitana” ilə ev oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

İspaniya La Liqasında ikinci yerin sahibi “Real” “Espanyol”la qarşılaşacaq. Bu gün baş tutacaq oyun Bakı vaxtı ilə 17:00-da start götürəcək. Lider “Barselona” isə martın 13-də oynayacaq. Katalonlar Bakı vaxtı ilə 00:00-da çətin “Atletik” matçına çıxacaqlar.

Türkiyə Super Liqasının lideri “Qalatasaray” “Kasımpaşa”nı sınağa çəkəcək. Bu gün keçiriləcək oyun 20:00-da başlayacaq. Sabah isə “Başakşehir” və “Beşiktaş” birincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcəklər. Bu oyunun başlanma saatı 20:00-dır.

Həftəsonunun maraqlı oyunları

11 mart

İngiltərə Premyer Liqası

16:30. “Bornmut” – “Liverpul”

19:00. “Lester” – “Çelsi”

19:00. “Tottenhem” – “Nottingem”

21:30. “Kristal Pelas” – “Mançester Siti”

Almaniya Bundesliqası

18:30. “Bavariya” – “Auqsburq”

21:30. “Şalke” – “Borussiya” (Dortmund)

İtaliya A Seriyası

21:00. “Napoli” – “Atalanta”

İspaniya La Liqası

17:00. “Real” – “Espanyol”

Türkiyə Super Liqası

“Qalatasaray” – “Kasımpaşa”

12 mart

İngiltərə Premyer Liqası

18:00. “Fulhem” – “Arsenal”

18:00. “Mançester Yunayted” – “Sauthempton”

Fransa Liqa 1

00:00. “Brest” – PSJ

İtaliya A Seriyası

21:00. “Roma” – “Sassuolo”

23:45. “Yuventus” – “Sampdoriya”

Türkiyə Super Liqası

20:00. “Başakşehir” – “Beşiktaş”

Loading

Next Post

<strong>Bakıda beynəlxalq konfransın keçirilməsi ilə əlaqədar təşkilat komitəsi yaradıldı - SƏRƏNCAM</strong>

Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MINEPS VII) 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar təşkilat komitəsi yaradılır. Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncamda deyilir: “İdman sahəsində hökumətlərarası təşkilatları, idman hərəkatlarını, ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını və idman mütəxəssislərini bir araya toplayan […]