“Sonsuz qardaşlıq – IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir

DogruSozTv Az
Oxunma vaxtı:32 Saniyə

Ölkəmizdə Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə keçirilən “Sonsuz qardaşlıq – IV” çoxmillətli birgə təlimi davam edir.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Əsas diqqətin dost və müttəfiq ölkələrin xüsusi təyinatlı qüvvələri arasında birgə xüsusi əməliyyatların keçirilməsi sayəsində təcrübə mübadiləsinin aparılmasına, qarşılıqlı fəaliyyətlərin təşkili üzrə bacarıqların təkmilləşdirilməsinə, eləcə də zərurət yarandıqda birgə əməliyyatları aparma imkan və bacarıqlarının inkişaf etdirilməsinə yönəldildiyi təlimdə xüsusi təyinatlı bölmələr hazırlıqlarını davam etdirirlər.

Birgə təlimdə atəş, paraşüt, snayper, eləcə də yaşayış məntəqəsinin düşməndən təmizlənməsi mövzularına dair təlim-döyüş tapşırıqları üzrə fəaliyyətlər uğurla yerinə yetirilir.
Xüsusi təyinatlılar hazırlıq mərhələsində qarşıya qoyulan tapşırıqların icrası zamanı yüksək peşəkarlıq nümayiş etdirirlər.

Loading

Next Post

Xalq artisti Hacı Murad Yagizarov vəfat edib

Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov vəfat edib. Bu barədə Xalq yazıçısı Natiq Rəsulzadə məlumat verib. O bu gün uzun sürən xəstəlikdən sonra Almaniyada dünyasını dəyişib. Qeyd edək ki, Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət […]