Xalq artisti Hacı Murad Yagizarov vəfat edib

DogruSozTv Az
Oxunma vaxtı:33 Saniyə

Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov vəfat edib.

Bu barədə Xalq yazıçısı Natiq Rəsulzadə məlumat verib.

O bu gün uzun sürən xəstəlikdən sonra Almaniyada dünyasını dəyişib.

Qeyd edək ki, Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb.1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib. Onlarla Azərbaycan filmində müxtəlif baş və ikinci dərəcəli obrazları canlandırıb. “Azərbaycan SSR Əməkdar artisti”, “Azərbaycan SSR Xalq artisti” fəxri adlarına, Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

Loading

Next Post

Ərəb və islam ölkələri İsrailin Qətərə zərbə endirməsinə qarşı qətnamə hazırlayır

Ərəb və islam dövlətlərinin yaxın günlərdə Dohada keçiriləcək fövqəladə sammitində İsrailin Qətər ərazisinə son zərbələrini kəskin şəkildə pisləyən qətnamənin qəbulu müzakirə olunacaq. Qətərin Baş nazirinin müşaviri Məcid bin Məhəmməd Əl Ənsari İsrailin hərəkətlərinin pislənməsinin gündəliyin əsas məsələsi olacağını təsdiqləyib. “Qətnamə layihəsi sabah xarici işlər nazirləri səviyyəsində keçiriləcək hazırlıq iclasında ətraflı […]