Adil Kərimli idarə rəisini işdən çıxardı – Digərinə töhmət verdi

alfonsonri
Oxunma vaxtı:17 Saniyə

Mədəniyyət Nazirliyinin Şəki Regional Mədəniyyət İdarəsinin rəisi işdən çıxarılıb.

Bununla bağlı mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli əmr imzalayıb.

Əmrə əsasən, Azər Yusubov işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifəsindən azad edilib.

Digər əmrlə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynova işində yol verdiyi ciddi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Loading

Next Post

“Hacı Şahin müalicədən imtina edərək...” - Həkim (FOTO)

“Hacı Şahin Həsənli bir gün əvvəl “Baku Medikal Plaza”nın kardiologiya şöbəsində yox, təcili yardımında olub”. “Baku Medikal Plaza”nın Kardiologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktor Üzeyir Rəhimov deyib. Bildirib ki, ona xəstəxanada yatmaq tövsiyə olunub: “Amma o, xəstəxanaya qəbul olmaqdan imtina edib, müvafiq sənədə imza atıb gedib. Xəstəxanada yatmalı olduğu […]