Ermənilərin Qarabağa sonuncu alternativ yolu da BAĞLANDI

alfonsonri
Oxunma vaxtı:29 Saniyə

Azərbaycan Ordusunun 25 mart tarixində qanunsuz erməni hərb birləşmələrinə qarşı gördüyü əlavə tədbirlər nəticəsində, separatçıların silah-sursat daşıdığı torpaq yol da nəzarətə götürülüb. 

Sarıbaba dağı ətrafındakı 2054 metr hündürlüyündə yüksəkliyin nəzarətə götürülməsindən sonra, Turşsu-Xəlfəli yolu separatçıların hərəkəti üçün tamamilə bağlanıb. 

Qeyd edək ki, sözügedən torpaq yol vasitəsilə qanunsuz erməni birləşmələri 25 mart tarixinə qədər Rusiya sülhməramlı kontingentinin gözü qarşısında Ermənistandan Xankəndinə canlı qüvvə ilə hərbi vasitələr daşıyırdı. 

Erməni KİV iddia edir ki, sözügedən yol Qarabağla Ermənistan arasındakı yeganə dağ-meşə yolu idi və hazırda faktiki olaraq ermənilərin Qarabağa alternativ yolu yoxdur. 

Loading

Next Post

<strong>Ermənistan əbədi bədbəxtliyə doğru: Əliyev-Paşinyan görüşü olacaqmı? - TƏHLİL</strong>

Cənubi Qafqazın perspektiv xəritələrində Ermənistanın coğrafi cəhətdən dar bir nöqtəyə yerləşdirilməsi gözlənilir. Hər halda, Ermənistan Qərbə yol alıb yüz illərlə qidalandığı Rusiyadan qaçdıqca onun üzərindəki qara buludlar sıxlaşır. Rusiya Ermənistanı cəza stulunda oturtmaq istəyən planın müəllifidir, lakin əlində yüz illərdir saxladığı erməni kartını da yerə qoymaqdan çəkinmir. Ya zəlzələdən, ya […]