Kamran Əliyev Pirallahıda vətəndaşları qəbul edəcək

Oxunma vaxtı:36 Saniyə

Baş prokuror Kamran Əliyev yanvarın 9-da saat 10:00-da Pirallahıda prokurorluğunun inzibati binasında vətəndaşların qəbulunu keçirəcək.

Kamran Əliyev Pirallahı və Xəzər rayonlarının hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşları qəbul edəcək.

Qəbulla bağlı Pirallahı və Xəzər rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Loading

Next Post

Orban: ABŞ-nin Venesueladakı fəaliyyəti enerji bazarlarına müsbət təsir göstərəcək

Venesueladakı son hadisələr dünya enerji bazarlarında daha əlverişli vəziyyətə gətirib çıxarmalıdır. Bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib. Onun sözlərinə görə, Venesuela və Birləşmiş Ştatlar birlikdə dünyanın neft ehtiyatlarının 40-50 %-ni nəzarətdə saxlaya bilərlər ki, bu da qlobal qiymətlərə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.