Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb

Oxunma vaxtı:17 Saniyə

Prezident İlham Əliyev 20 aprel 2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib.

Bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

Fərmana əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.

Xatırladaq ki, hazırda kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müavinləri – İlhamə Qədirova, Elçin Zeynalov və Sarvan Cəfərovdur.

Loading

Next Post

Ermənistan Azərbaycana rəsmi dəvət göndərir

Ermənistan COP-17-də Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırdır, tezliklə rəsmi dəvət göndəriləcək. Bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan bildirib. Onun sözlərinə görə, BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyası sammiti ilə bağlı bildirişlər artıq 196 üzv dövlətin hamısına göndərilib. Rəsmi dəvətlər tezliklə göndəriləcək. Xatırladaq ki, BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının […]