Ermənistan Azərbaycana rəsmi dəvət göndərir

Oxunma vaxtı:21 Saniyə

Ermənistan COP-17-də Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırdır, tezliklə rəsmi dəvət göndəriləcək.

Bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan bildirib.

Onun sözlərinə görə, BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyası sammiti ilə bağlı bildirişlər artıq 196 üzv dövlətin hamısına göndərilib. Rəsmi dəvətlər tezliklə göndəriləcək.

Xatırladaq ki, BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflərinin 17-ci Konfransı (COP-17) bu il 18-30 oktyabr tarixlərində Ermənistanda keçiriləcək.

Loading

Next Post

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz […]