“Hacı Şahin müalicədən imtina edərək…” – Həkim (FOTO)

alfonsonri
Oxunma vaxtı:1 Dəqiqə, 4 Saniyə

“Hacı Şahin Həsənli bir gün əvvəl “Baku Medikal Plaza”nın kardiologiya şöbəsində yox, təcili yardımında olub”.

“Baku Medikal Plaza”nın Kardiologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktor Üzeyir Rəhimov deyib.

Bildirib ki, ona xəstəxanada yatmaq tövsiyə olunub: “Amma o, xəstəxanaya qəbul olmaqdan imtina edib, müvafiq sənədə imza atıb gedib. Xəstəxanada yatmalı olduğu bildirilib, damarlarının yoxlanmağı tövsiyə olunub. Çünki şikayətləri ürək ağrılarından imiş. Ağrısı keçdiyi üçün yəqin ki, sabah-birigün gələrəm deyib, yatmaq istəməyib və evə gedib. Klinika da ondan iltizamnamə alıb ki, evə getməyiniz risklidir, problem ola bilər. Amma o, hər şeyə rəğmən kağızları imzalayıb gedib”.

Üzeyir Rəhimovun sözlərinə görə, Hacı Şahin Həsənli xəstəxanaya müraciət edəndə ağrıları keçibmiş: “Tipik ürək ağrısı olduğu üçün israrla xəstəxanada yatmaq tövsiyə olunub. Şikayətinə görə, onda ürəyin işemik xəstəliyi olduğu onsuz da bilinir. Troponin deyilən analiz yoxlanılıb, onun miqdarı yüksək çıxıb. Amma o, bütün tövsiyələrdən imtina edib.

Azərbaycanda belə hallar çox olur. Troponi yüksək olub, nə qədər etsək də xəstəxanada yatmaqdan imtina edən o qədər insanlar var ki…”

O, Hacı Şahin Həsənlini şəxsən tanımadığını deyib: “Onu heç vaxt müayinə etməmişəm. Bildiyim qədəri ilə heç ürək həkimində də olmayıb.

Onun ürəyinə stent qoyulduğu deyilir. Amma bu, əsassızdır. Anju olunmayan xəstəyə stent qoyula bilməz. O, ümumiyyətlə, anju da olunmayıb. Heç vaxt ürəyindən şikayətlənməyib, bu, ilk əlamətlər olub”.

“Teleqraf.com”

Loading

Next Post

Günün qoroskopu: Çalışdığınız insanlarla dil tapın

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik Qoç – ağır və çətin gün olsa da, müşküllərin öhdəsindən gələcəksiniz. Nikbin olun, aktiv davranın. Günün ilk yarısında emosional fon gərgin olduğundan daha çox çalışmalı olacaqsınız. Yaxşı əhvalınızı qoruyun. Pozitiv emosiyalara ehtiyacınız var. Dəstək […]