Bu gün Nərimanovda qaz olmayacaq

Oxunma vaxtı:29 Saniyə

Bu gün Bakının Nərimanov rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumatı yayıb

Məlumata görə, Nərimanov rayonu, Keşlə qəsəbəsi, H.Əliyev prospekti 193 ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar martın 15-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri görülən müddətdə Nərimanov rayonunun bir hissəsinin (Atletlər kəndi, “Dost” İş mərkəzi, “Asan xidmət” mərkəzi, Dövlət Neft Fondu, Media kəndi, DİN hospitalı, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, eləcə də H. Əliyev və Z. Bünyadov prospektlərinin bir hissəsində və Böyükşor ərazisində) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Loading

Next Post

Rusiyada prezident seçkiləri keçirilir

Rusiyada prezident seçkilərinə start verilib. Paytaxt Moskvada 2200-dən çox seçki məntəqəsi açılıb. Ölkə üzrə seçki məntəqələri hər gün yerli vaxtla 08:00-dan 20:00-a qədər açıq olacaq. Seçicilər məntəqələrdə ya kağız bülletenlərlə ənənəvi qaydada, yaxud da elektron səsvermə terminallarından istifadə edərək səs verə bilərlər. Rusiya və ölkədən xaricdə olan 114 milyondan çox […]