Ötən ay dövlət qurumlarına qarşı 49 kiberhücumun qarşısı alınıb

Oxunma vaxtı:36 Saniyə

Dövlət qurumlarının informasiya sistemlərində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılan daimi monitorinq nəticəsində aşkarlanan kiberhücumların təhlilinə əsasən cari ilin noyabr ayı üzrə 49 kiberhücum göstəricisi (IOC – “Indicator of Compromise”) müəyyən edilərək mərkəzləşdirilmiş qaydada bloklanıb. Bu kibertəhdidlərin 41-i daxili araşdırma, 9-u isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.

XRİTDX-dən verilən məlumata görə, bundan əlavə 2025-ci ilin noyabr ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən “AzStateNet” şəbəkəsi üzrə 20 932 797 zərərli keçid, şəbəkə təhlükəsizliyi sahəsində əhəmiyyətli konsept olan “Sandbox” mühafizə sistemi vasitəsilə isə 4 505 zərərverici tərkibli elektron sənəd qeydə alınaraq bloklanıb.

Bununla yanaşı son istifadəçilərdə quraşdırılan təhlükəsizlik həlləri (mərkəzləşdirilmiş antivirus sistemi) vasitəsilə 300 412 sayda zərərli fəaliyyətin qarşısı alınıb.

Loading

Next Post

MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb

MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Bakı şəhərində MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunublar. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 12 nəfər dövlət tərəfindən […]