MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb

Oxunma vaxtı:23 Saniyə

MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Bakı şəhərində MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunublar. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 12 nəfər dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar.

Fakt üzrə həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.

Loading

Next Post

Səudiyyə Ərəbistanının Ali Audit Orqanı Hesablama Palatasının fəaliyyətini qiymətləndirib

Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən Ali Audit Orqanlarının Ərəb Təşkilatının (ARABOSAI) 15-ci Baş Assambleyası çərçivəsində nümayəndə heyəti Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsinin Prezidenti Dr. Hussam Alanqarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə qurumlar arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin […]