“Qaçqınkom”un mətbuat departamenti ləğv edildi

Oxunma vaxtı:18 Saniyə

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamenti ləğv edilib.

Bu barədə Nazirlər Kabineti qərar verib.

Qeyd edək ki, ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna dəyişiklik edilib.

Sərəncama əsasən, qurumun Repatriasiya departamenti və Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamenti ləğv olunub.

Loading

Next Post

Tokayev Ermənistanla Azərbaycana vasitəçilik TƏKLİF ETDİ

Astana Ermənistan və Azərbaycanın sülh müqaviləsi bağlamaq istəyini alqışlayır. Modern.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev aprelin 15-də İrəvana rəsmi səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib. “Qazaxıstan bu məsələyə mümkün qədər kömək etməyə və danışıqlar üçün platforma təklif etməyə hazırdır. Əsas məqsədimiz dost ölkələrimizi […]