İlham Əliyev Paşinyan, Sinan Oğan və bir sıra şəxslərlə görüşüb – FOTO

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi fəaliyyətə başlama mərasimi keçirilib.

Mərasimə qatılan Azərbaycan Prezidenti İlham Əliyev bir sıra dünya liderləri və siyasətçilərlə qeyri-rəsmi görüşlər keçirib.

Ölkə lideri NATO-nun baş katibi Yens Stoltenberq, Türkiyədə prezidentliyə namizəd Sinan Oğanla görüşüb.

Dövlət başçısının şam yeməyindən əvvəl Ermənistanın baş nazir Nikol Paşinyanla da görüşü olub.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanın adından mərasim iştirakçılarının şərəfinə verilən şam yeməyində iştirak ediblər.

Loading

Next Post

Ərdoğan üçün kəsilən xatirə pulu qonaqlara hədiyyə edilib - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi münasibəti ilə xatirə sikkəsi zərb edilib.  1 TL-lik sikkə andiçmə mərasimində iştirak edən qonaqlara hədiyyə olunub.