Zaqatalada partlayış nəticəsində 18 yaşlı gənc öldü – YENİLƏNİB

Oxunma vaxtı:41 Saniyə

Zaqatalada 18 yaşlı gəncin qumbara partlaması nəticəsində ölməsi ilə bağlı bəzi detallar məlum olub.

Yenixeber.org-un məlumatına görə, hadisə Pərzivan kəndi ərazisində baş verib.

Belə ki, Məhəmməd Ömərov və tanışları ilə ərazidə gəzirlərmiş. Bu zaman o, yerdən partlayıcı maddəni tapıb və ehtiyatsız davranıb.

Nəticədə gənc baş nahiyəsindən xəsarət alıb.

O, xəstəxanaya aparılsa da, yolda vəfat edib.

15:46

Zaqatalada 18 yaşlı gənc əlində qumbara partlaması nəticəsində ölüb.

Hadisə bu gün günorta saatlarında baş verib.

Hadisə nəticəsində xəsarətləri alan gənc Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, martın 16-da saat 14:30 radələrində Zaqatala rayonu ərazisində 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən  ölməsi barədə polisə məlumat daxil olub. 

Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

Sabitlik adası: Azərbaycan dünyanın ən yüksək antiterror REYTİNQİNDƏ

“Global Terrorism Index 2024” (GTI) hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması açıqlanıb. GTI reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə qəbul edilmiş mürəkkəb hesablamalara əsaslanır. Azərbaycan terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0” indekslə sonuncu […]