Səudiyyə Ərəbistanının Ali Audit Orqanı Hesablama Palatasının fəaliyyətini qiymətləndirib

Oxunma vaxtı:42 Saniyə

Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən Ali Audit Orqanlarının Ərəb Təşkilatının (ARABOSAI) 15-ci Baş Assambleyası çərçivəsində nümayəndə heyəti Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsinin Prezidenti Dr. Hussam Alanqarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə qurumlar arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Sədr Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsi tərəfindən Hesablama Palatasının fəaliyyətinin həmkar qiymətləndirməsini bu əməkdaşlığın mühüm mərhələsi kimi dəyərləndirib. O, qiymətləndirilmənin nəticələrinin Hesablama Palatasının fəaliyyətinin daha da təkmilləşdirilməsinə töhfə verəcəyinə inamını ifadə edib və bu məsələnin 2026-2030-cu illər üzrə yeni Strateji Planda nəzərə alındığını qeyd edib.

Dr. Hussam Alanqari Azərbaycan Hesablama Palatasının fəaliyyətində əldə olunan nailiyyətləri yüksək dəyərləndirib və aparılmış həmkar qiymətləndirmənin nəticəsinin bunu bir daha təsdiqlədiyini vurğulayıb.

Görüşün sonunda Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsinin Prezidenti Hesablama Palatasının sədrinə həmkar qiymətləndirməsinin yekun hesabatını təqdim edib.

Loading

Next Post

Hamiləliyə və doğuşa görə ödənişli məzuniyyətin müddətinin uzadılma qaydası müəyyənləşir

Hamiləliyə və doğuşa görə ödənişli məzuniyyətin müddətinin uzadılma qaydası müəyyənləşir. Bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli […]