Rusiyada prezident seçkiləri keçirilir

Oxunma vaxtı:33 Saniyə

Rusiyada prezident seçkilərinə start verilib.

Paytaxt Moskvada 2200-dən çox seçki məntəqəsi açılıb.

Ölkə üzrə seçki məntəqələri hər gün yerli vaxtla 08:00-dan 20:00-a qədər açıq olacaq.

Seçicilər məntəqələrdə ya kağız bülletenlərlə ənənəvi qaydada, yaxud da elektron səsvermə terminallarından istifadə edərək səs verə bilərlər. Rusiya və ölkədən xaricdə olan 114 milyondan çox rusiyalı səsvermə hüququna malikdir.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15, 16 və 17-si olmaqla ilk dəfə 3 gün ərzində baş tutacaq. Ölkə prezidenti postu uğrunda dörd namizəd – Vladimir Putin, Vladislav Davankov, Leonid Slutskiy və Nikolay Xaritanov mübarizə aparacaq. Rusiyanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini martın 18-i günün birinci yarısında açıqlayacaq.

Loading

Next Post

Qəza törədən 21 yaşlı tələbəyə 5 il həbs verildi

Ötən ilin yayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində idarə etdiyi avtomobillə ağır qəza törədən 21 yaşlı tələbə Hüseynağa Xıdırov həbs edilib. Hadisə ilə bağlı açılmış cinayət işi üzrə materiallara Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmədə bildirilib ki, Masallı rayon Ərkivan qəsəbə sakini, Bakı Biznes Universitetinin 4-cü kurs tələbəsi Hüseynağa Xıdırov dərsdən kənar […]