Azərbaycan XİN: İsrailin İranda keçirdiyi hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq

Oxunma vaxtı:24 Saniyə

Azərbaycan İsrailin İranın ərazisinə qarşı həyata keçirilmiş hərbi əməliyyatlardan ciddi şəkildə narahatdır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Vəziyyətin gərginləşdirilməsini qəti şəkildə pisləyərək, tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırırıq.

Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulayırıq.

Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsi əhəmiyyət kəsb edir.

Loading

Next Post

İran DİN: İsrailin hücumu nəticəsində mülki şəxslər və uşaqlar həlak olub

İsrailin cümə gününə keçən gecə İrana hücumu nəticəsində mülki şəxslər, o cümlədən uşaqlar həlak olub. Bu barədə İranın daxili işlər naziri İskəndər Momeni dövlət televiziya və radio şirkətinin efirində bildirib. Onun sözlərinə görə, zərbələr nəticəsində həmçinin hərbi rəhbərlər və nüvə alimləri həlak olub.